Maaşlar artırıldı

1 Mart 2018 19:04 (UTC+04:00)

AzNews.az xəbər verir ki,dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində və sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.