Sərxoş vəziyyətdə metroya girdi və yıxılaraq xəsarət aldı

1 Mart 2018 19:44 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə “ “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, Sumqayıt şəhərinin sakini olan 27 yaşlı Anar Məmmədov sərxoş vəziyyətdə qatara çatmaq üçün pilləkənlərdən qaça-qaça düşüb. Bu zaman onun ayağı sürüşərək yıxılıb və başından xəsarət alıb. Vətəndaş polis əməkdaşlarının və sərnişinlərin köməyi ilə təcili tibbi yardım xidmətinə təhvil verilib.