Bu gün Səfər Əbiyevin evinin qarşısında aksiya olacaqmı?

9 Mart 2013 09:15 (UTC+04:00)



Aksiya bu gün saat 15.00-da Ədliyyə Nazirliyinin binası, saat 17.00-da isə Səfər Əbiyevin evi qarşısında keçirilməlidir.

"Ehtiyatda və İstefada olan Zabitlər" ictimai birliyinin sədri Yaşar Cəfərli "Turan"a bildirib ki, martın 8-i axşam saatlarınadək şəhər rəhbərliyindən cavab gəlməyib. Onun sözlərinə görə, əgər bu gün də cavab almasalar, aksiya keçirilməyəcək: "Biz razılaşdırılmamış aksiyaya getməyəcəyik. Qanunsuz hərəkətlərin əleyhinəyik. Çünki qanunsuzluqla mübarizə zamanı özümüz qanunları pozmamalıyıq".

Bununla belə, Yaşar Cəfərli deyib ki, əgər İcra Hakimiyyəti müraciəti ümumiyyəitlə cavabsız qoysa, təşkilat şəhər rəhbərliyini məhkəməyə verəcək. Yeni piketlərin keçirilməsi ilə bağlı müraciətlər də davam edəcək: "Biz mübarizəni dayandırmayacağıq"