Piyadanı avtomobil vuraraq öldürdü - Foto - Yenilənib

1 Mart 2018 22:51 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, vurulan piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur.

E.İsmayılov uzun müddət ET Travmatologiya və Ortopediya İnstitutunda həkim kimi fəaliyyət göstərib.

***

Bakının Yasamal rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

AzNews.az Report-a istinadən xəbər verir ki,orta yaşlı kişi piyada keçidindən yolu keçmək istəyərkən "Nissan X-Trail" markalı minik avtomobili tərəfindən vurulub.

Meyit kimliyinin müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.