Restoranlarda 8 marta görə boş yer yoxdur - Video

1 Mart 2018 23:37 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, hədiyyə mağazaları ilə yanaşı paytaxt restoranlarının da bir çoxu qadınlar gününə özəl, xüsusi hazırlıq görüblər. Belə ki, əksər retoranlar müştərilərə menyu paketləri təklif edir. Qiymətlər isə menyudan asılı olaraq dəyişir.

Paytaxt sakinlərinin bir çoxu martın 8-ni elə restoranlarda qeyd etməyi planlaşdırır.

Qadınlar bayramına 7 gün qalmasına baxmayaraq əksər restoranlarda yerlər artıq bron edilib.

8 martla əlaqədar qiymətlərin daha baha olduğu restoranlar da var. Burda menyunun qiyməti 100-150 mantdan başlayır.