AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Ucarın Bərgüşad kəndində ikinci sinif şagirdi Məhəmməd Cabbarlıya dərslərini hazırlamaqda ixtisasca müəllim olan babası yaxından kömək edirmiş.Onun bu istedadını da ilk dəfə babası kəşf edib. O, görüb ki, uşaq vurma əməllərini rahatlıqla yerinə yetirir. Həm də yuxarı siniflərə uygun olan tapşırıqları çox asanlıqla həll edir.
Məktəbə getməzdən əvvəl Məhəmmədin bu bacarığı görən babası ona bir çox riyazı biliklərin sirrlərini öyrədib.Uşaq da bu bacarığını daha da artırıb.
Məhəmməd deyilən ədədləri lövhədə yazaraq şifahi hesablama aparır.
Bütün bunlardan əlavə balaca Məhəmməd məntiqi məsələlər, krassvordlar tərtib edir.Məhəmmədin indi ən böyük arzusu gələcəkdə təhsilini uğurla davam etdirməkdir.