Nizami Süleymanovun üzərlik biokartları niyə şübhə doğurur?

9 Mart 2013 09:46 (UTC+04:00)
Bu yaxınlarda alim Nizami Süleymanov həmkarları ilə birlikdə kəşfə imza atıb. Belə ki, azərbaycanlı alimlər bir sıra qoruyucu funksiyaları ilə seçilən üzərlik bitkisinin üstünlüklərindən istifadə edərək qoruyucu vasitə kimi biokartlar hazırlayıblar.

Bununla da alimlərimiz ən müxtəlif sahələrdə çalışan insanları, həm də eyni zamanda istifadə olunan ən müxtəlif əşyaları gözləyən mənfi enerjini zərərsizləşdirməyi bacarıblar. Hazırda ölkə daxilində sözügedən biokartlardan nə qədər insanın yararlandığını bilməsək də görünən odur ki, hələki, yeni kəşf şübhə mərhələsini yaşayır. Kəşfçilərin bununla bağlı şərhləri də işə yaramır, verilən müsahibələrdə səsləndirilən fikirlər qeyri-ciddiyə alınır.
Bir vaxtlar Müstəqil Azərbaycan Partiyası adlı siyasi təşkilata rəhbərlik etmiş Nizami Süleymanovun ölkə mətbuatında səsləndirdiyi və həmin kartdan siyasətçilərin istifadəsinin mümkünlüyü barədə əsaslandırmağa çalışdığı fikirlər də birmənalı qarşılanmır.

Bununla bağlı AzNews.az-ın sualını cavablandlran N.Süleymanov deyib ki, əgər kimsə buna şübhə ilə yanaşırsa, o insanların gözü qarşısında təcrübə aparmağa hazırdır: "Həqiqətən də insanın saç tükü çürüntülü bir yerə qoyulduqda, o dəqiqə onun gözündən neqativ şüa axmağa başlayır. Çünki, həmin adam mənfi "polya"ya düşür və neqativ enerji səbəbindən də insanın bədəninin müxtəlif yerlərində-beynində, qanında, damarlarında zaman-zaman sıxılma gedir. Üzərlik isə yeganə bitkidir ki, onu istənilən kəs üstündə gəzdirərsə, ona heş bir neqativ enerji təsir edə bilmir. Buirda qeyri-ciddi nə var ki?"

Gültəkin
AzNews.az