Kafenin işçiləri müştərini döyüb küçəyə atdılar

2 Mart 2018 13:19 (UTC+04:00)

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə "Metarluq" kafesində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Elsevər Qəzənfər oğlu Bədəliyev ötən gecə yaxın dostu ilə bərabər həmin kafeye gedib. Sonradan kafenin əməkdaşları ilə E.Bədəliyev arasında mübahisə yaranıb. Kafenin əməkdaşları onu döyərək küçəyə atıblar.

E.Məmmədov ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, döyülən gənc bir ay bundan əvvəl ailə qurub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az