Prezident yanğınla bağlı tapşırıqlar verdi

2 Mart 2018 13:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hadisə yerinə gələn dövlət başçısı yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirləri g örməyi tapşırıb.

Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.

Həyata keçirilən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.