Kılıçdaroğludan bayraq çağırışı

2 Mart 2018 13:41 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partiya sədri mətbuata verdiyi açıqlamada bildirib ki, şəhid olan hərbçilərin xatirəsini yad etmək üçün evlərə və iş yerlərinə bayraq asmalıyıq.

Kamal Kılıçdaroğlu daha sonra şəhidlərin ailələrinə başsağlığı verib. O, qəhrəman türk ordusuna güvəndiyini və vətəndaşlardan bayraq asmaqla orduya dəstək vermələrini xahiş etdiyini bildirib.