Pişiyi vurmaq istəmədi, həyatından oldu

2 Mart 2018 14:01 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 47 yaşlı sürücü Abit Acar Yanarsu çayının üzərindən keçərkən maşınının qabağından pişik keçib. Sürücü pişiyi vurmamaq üçün sükanı döndərib, lakin bu zaman körpüdən çaya düşüb. Bədbəxt olayda sürücü dünyasını dəyişib.