Sirkə turşusundan zəhərləndi

2 Mart 2018 14:23 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Köhnə Qala kənd sakini, 1963-cü il təvəllüdlü Abdıyev Elxan Məhərrəm oğlu sirkə turşusu zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

E.Abdıyevin hansı şəraitdə zəhərləndiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az