Kommunistlər də seçki qərarı verəcək

2 Mart 2018 15:39 (UTC+04:00)

Bu barədə AKP-nin sədri Rauf Qurbanov Modern.az saytına açıqlama verib:

“Mərkəzi Komitənin plenum iclası olacaq. Artıq bununla əlaqədar müavinim bir az olar mənə məlumat verib. Plenum üzvlərinə deyilib və ayın 4-ü iclasda iştirak edəcəklər.

O cümlədən dairə, məntəqə və mərkəzi seçki komissiyalarına müşahidəçi qismində verəcəyimiz yoldaşların siyahısı plenumda təsdiq ediləcək. Martın 4-dən sonra növbədənkənar seçkilərlə bağlı yekun qərarı mətbuatla bölüşəcəyik”.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

AzNews.az