AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, avstraliyalı üzgüçü Corc Korones, 99 yaşında 50 metr məsafəni sərbəst şəkildə üzərək yeni dünya rekordu müəyyənləşdirib. O, bu məsafəni 56.12 saniyədə keçib.
Əvvəlki nailiyyət 2009-cu ildə kanadalı Jaring Timmermana məxsus olub - 1 dəqiqə 16.92 saniyə.
99 yaşı olmasına baxmayaraq, Korones 100 yaşdan 104 yaşa qədər yaşı olan idmançıların arasında çıxış edib.