AzNews.az APA-a istinadən xəbər verir ki, bu barədə Dumanın rəsmi saytında məlumat verilib.
“Rusiya Dövlət Dumasının deputatları və şəxsən öz adımdan Narkoloji Mərkəzdə insan ölümü ilə nəticələnən yanğınla əlaqədar dərin hüznümü çatdırıram. Ölənlərin yaxınlarına başsağlığımızı çatdırmağınızı xahiş edir, yaralıların tez bir zamanda sağalmasını arzulayırıq”, - deyə başsağlığı mesajında bildirilir.
Rusiya Federal Məclisinin sədri Valentina Matviyenko da O. Əsədova başsağlığı verib.