Yanğınla əlaqədar “Qaynar xətt” yaradılıb

2 Mart 2018 19:08 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki,hazırda iş üzrə Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə nəticəsində zərər çəkmiş şəxslərin qohumlarından, hadisənin şahidi olan şəxslərdən, habelə digər vətəndaşlardan onları maraqlandıran məsələlərlə bağlı yaradılmış Baş Prokurorluğun 441-59-77, Daxili İşlər Nazirliyinin 590-93-31, Fövqəladə Hallar Nazirliyinin 512-33-00 və Səhiyyə Nazirliyinin 91-03 nömrəli “Qaynar xətt” telefonları ilə əlaqə saxlamaları xahiş olunur.