Yunus Oğuzla gənclərin görüşü keçirilib - Foto

2 Mart 2018 19:28 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, görüşdə Yunus Oğuz yaradıcılığı və şəxsiyyəti haqqında gənclərə ətraflı məlumat verən AMEA-nın müxbir üzvü, akademik Nizami Cəfərov bildirib ki, yazıçı mükəmməl tarixi romanlar müəllifidir:

“Yunus Oğuzun tarixçiliyi çox dinamikdir. Onun tarixi romanlarında və tarixi pyeslərində tarixi xronologiya mövcuddur. Məsələn, Əmir Teymura həsr olunmuş romanında Yunus Oğuz çalışır ki, Əmir Teymurun həm ümumən türk dünyasındakı tarixi rolunu dəyərləndirsin, həm də Azərbaycanla birgə əlaqələndirsin”.

Sonda çıxış edən yazıçı Y. Oğuz tarixi roman yazanda, 200-ə qədər tarixi mənbəyə istinad etdiyini diqqətə çatdırıb: “Azərbaycan Elmlər Akademiyası və Tarix İnstitutu kitablarım haqqında kifayət qədər məlumatlıdırlar. Və bu günə qədər heç bir tarixçi elmi simpoziumlarda, təhlillərdə qeyd etməyib ki, Yunus Oğuz hansısa əsərində tarixi təhrif edib. Mən tarixi təhrif edə bilmərəm”.

.

N. Cəfərov Y. Oğuzun “Nadir şah” əsəri, son romanı “Ovçu” haqqında da gənclərə məlumat verib.

Sonda çıxış edən yazıçı Y. Oğuz tarixi roman yazanda, 200-ə qədər tarixi mənbəyə istinad etdiyini diqqətə çatdırıb: “Azərbaycan Elmlər Akademiyası və Tarix İnstitutu kitablarım haqqında kifayət qədər məlumatlıdırlar. Və bu günə qədər heç bir tarixçi elmi simpoziumlarda, təhlillərdə qeyd etməyib ki, Yunus Oğuz hansısa əsərində tarixi təhrif edib. Mən tarixi təhrif edə bilmərəm”.

Görüşdə Bilik Fondunda təcrübə keçən gənclər, fondun “Gənc jurnalistlər”, “Gənc tarixçilər” klubunun üzvləri də iştirak edirdilər.