25 yaşlı gənc döyüldü

2 Mart 2018 19:32 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki,hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Emin Əjdər oğlu Əmirov döyülüb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralı tanıdığı şəxslər tərəfindən döyüldüyünü açıqlayıb.

Faktla bağlı araşdırma aparılır.