Qadın sahibkarlığının inkişafı məsələləri müzakirə olundu

2 Mart 2018 20:25 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki,görüşün əsas mövzusu “Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin gücləndirilməsi” layihəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi olub.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan BMT, Avropa Şurası və digər təşkilatlar ilə birgə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirir.

Görüşdə qadın sahibkarlığının inkişafı, qadın resurs mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, ikitərəfli əməkdaşlığın səviyyəsinin artırılması və digər mövzular ətrafında müzakirələr aparılıb.