Konqoda 49 nəfər öldü

2 Mart 2018 21:21 (UTC+04:00)

AzNews.az AFP-ə istinadən xəbər verir ki, Konqonun İturi hissəsində silahlı qarşıdurma Hema və Lendu icmaları arasında olub. Şahidlər qeyd ediblər ki, hücum Lendu icması tərəfindən olub.

Həmçinin qey edək ki, Dekabrdan bəri İturidə baş verən iğtişaşlar 100 nəfərin həyatını itirməsinə və 200.000 nəfərin isə öz yerlərindən didərgin düşməsinə səbəb olub.

Afrikanın digər ölkələrində olduğu kimi Konqoya da BMT tərəfindən humanitar yardımlar edilir. Aprel ayında konfransda görüşəcək BMT rəsmiləri bildirirlər ki, əsas məqsəd ölkədə humanitar yardımlara ayrılan maliyyəni1.7 milyard dollara (1.4 avro milyard) çatdırmaqdı.