Bu gün rezidenturaya sınaq imtahanı keçirilir

3 Mart 2018 09:31 (UTC+04:00)

Mərkəzdən verilən məlumata görə, sınaq imtahanı DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçirilir.

Sınaq imtahanı rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə keçirilir.

Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə ediləcək.

AzNews.az