2028-ci ilə qədər dünyada heyvanların 20%-i yox olacaq: WWF:

3 Mart 2018 11:10 (UTC+04:00)

“Report” xəbər verir ki, bu qənaətə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) bioloqları gəlib.

Fond xəbərdarlıq edib ki, 2028-ci ilə qədər dünyada olan heyvanların, təxminən, 20%-i yox olacaq. Bu günə qədər, təxminən, 2 milyon yeni heyvan növü aşkar edilsə də, bu rəqəm nəsli tükənən heyvanların sayının çox kiçik hissəsidir.

Araşdırmaların nəticəsi onu göstərir ki, son 400 il ərzində 89 növ məməli heyvanın nəsli tükənib, 169-nu isə bu təhlükə gözləyir.