Bayılda sürüşməni müşahidə etmək üçün yeni cihazlar quraşdırılacaq

3 Mart 2018 12:09 (UTC+04:00)

Bu barədə "azərtac"-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Ekspedisiya rəisi bildirib ki, yaxın günlərdə ən kiçik tərpənişləri belə qeydə almaq üçün ərazidə yeni cihazlar olan topoqrafik reperlər quraşdırılacaq.