Güclü külək əsəcək, yağış, qar yağacaq - XƏBƏRDARLIQ

3 Mart 2018 12:25 (UTC+04:00)

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 5-i gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın bəzi rayonlarında martın 5-i axşamdan martın 7-si səhərədək arabir yağış, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.