Azərbaycanlı xalq qəhrəmanına həsr olunmuş kitab nəşr olunub - Tbilisidə

3 Mart 2018 12:54 (UTC+04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, kitabın müəllifi Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğlu, redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmətdir.

Kitabda verilən tarixi povest Aspindza döyüşünün qəhrəmanı, igid və cəsur azərbaycanlı Xudu Borçalıya və Gürcüstan tarixində qəhrəmanlıqları ilə şanlı səhifələr yazmış gürcü çarı II İraklinin həyatının ayrı-ayrı məqamları, onların arasında mövcud olan mehriban münasibətlər və digər məqamlar öz əksini tapıb.

Xudu Borçalının igidliyinə həsr olunmuş kitab onun haqqında yazılmış ilk əsaslı kitabdır. Kitab müəllifin öz hesabına nəşr olunub