Rusiya Ukrayna ilə qaz müqavilələrini ləğv edir

3 Mart 2018 13:11 (UTC+04:00)

"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət buna məcburdur.

Qeyd edək ki, “Qazprom” “Naftoqaz”ın ona 100 mln. ABŞ dolları məbləğində zərər vurduğunu əsas gətirərək bir qədər əvvəl Stokholm Arbitraj Məhkəməsinə müraciət edib.

“Ukraynanın iqtisadi problemlərini Rusiyanın hesabına həll etməsinin qəti əleyhinəyik. Belə şəraitdə "Qazprom"un müqaviləni davam etdirməsi məqsədyönsüz və səmərəsizdir" - deyə A.Miller bildirib.