Məbəddə sekslə məşğul olan ər-arvad cərimələndi - 500 avro
9 Mart 2013 10:53 (UTC+04:00)
Turist kimi getdikləri Bali adasındakı məbəddə sekslə məşğul olan estoniyalı turistlər polis tərəfindən saxlanılıb. 500 avro məbləğində cərimələnən ər-arvadın ödədiyi vəsait həmin məbədin təmizlənməsinə sərf ediləcək. Hadisə martın 6-da baş verib.
Cütlük isə turist kimi səfər etdikləri məbəddə sekslə məşğul olmağın qadağan olunduğunu bilmədiklərini əsas gətiriblər. Ancaq bu onları cərimədən azad etməyib. Əvvəlcə həbs edilən cütlük daha sonra Estoniyanın diplomatik dairələrinin işə müdaxiləsi ilə sərbəst buraxılıb.
Hadisədən sonra turistlərin tez –tez səfər etdiyi məbədə "Sekslə məşğul olmaq qadağandır" elanı vurulacaq.
Elnur
AzNews.az