SOCAR 2011-ci ildən indiyədək 46 dalğıc hazırlayıb

3 Mart 2018 13:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, TTSİ beynəlxalq sertifikatlar əsasında 45 növ peşə təlimi təklif edir. SOCAR regionda dalğıc hazırlığı kurslarını keçirən yeganə qurumdur. 2011-ci ildən indiyədək SOCAR 46 dalğıc hazırlayıb. Ötən ay 10 nəfər dalğıc hazırlığı kursunu tamamlayıb. İmtahandan uğurla keçən dalğıclar SOCAR-da işlə təmin olunacaq.