“İnterfax” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.
Bildirilib ki, ölən uşaqlardan ən böyüyünün 6, ən kiçiyinin 3 yaşı olub.
“Yanğından kişi və qadın, eləcə də 2010-cu ildə anadan olmuş qız xilas edilib”, - deyə, məlumatda qeyd olunub.
Vilayətin Strunino şəhərinin Aleksandr rayonunda martın 3-də gecə saat 00.43-də (Bakı vaxtı ilə saat 01.43) yanğınla bağlı məlumat verilib. Yanğın səhər 03.20-də (Bakı vaxtı ilə saat 04.20) söndürülüb.