Səudiyyə Ərəbistanında ilk qadın marafonu keçiriləcək

3 Mart 2018 18:35 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Al-Quds Al-Arabi” qəzeti məlumat yayıb.

Qaçış bu ilin aprel ayında Məkkə şəhərində qapalı arenaların birində keçiriləcək.

“İlk marafonda çox sayda qadının iştirak etməsi üçün əlimizdən gələni edəcəyik.Belə tədbirlərin iştirakçılarından biri olmaq böyük məsuliyyətdir” deyə “Əl-Vəhdə” klubunun prezidenti Əhməd Teyyib bildirib.

Marafona zərif cinsin 18 yaşdan yuxarı nümayəndələri dəvət olunub. Qaçışdan sonra fərqlənən idmançılara mükafatların veriləcəyi vədd olunur.

İlk qaçış eksperimental xarakterli olacaq, belə ki, tam miqyaslı ümumilli marafonun açıq havada gələn il təşkil olunacağı bildirilir.