"Sumqayıt" "Qarabağ" matçı heç-heçə ilə yekunlaşıb

3 Mart 2018 20:30 (UTC+04:00)

"Report"un məlumatına görə, "Kapital Bank" arenada "Sumqayıt" "Qarabağ"ı qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 49-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Amil Yunanov açıb. O, çempionatda 7-ci qolunu vurub.

"Qarabağ" hesabda tarazlığı 75-ci dəqiqədə Pedro Enrikenin dəqiq zərbəsi ilə yarada bilib. Beləliklə, xallarını 45-ə çatdıran "Qarabağ" birinci, 28 xala malik "Sumqayıt" 4-cü pillədə qalıb.

Oyuna maraq kifayət qədər böyük olub. 1500 tamaşaçı tutumuna malik stadionda daha bu qədər azarkeş pilləkənlərdə və hasar arxasından da baxıb.

AzNews.az