Şəmkirdə partlayış - Xəsarət alan var

3 Mart 2018 20:45 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, hadisə zamanı tikilinin pəncərə şüşələri sınıb, divarları qarsalanıb və tikiliyə bitişik yığılmış 16 ton ot bağlamasının 4 tonu yanıb.

Partlayış zamanı evdə olan 1 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Köməkçi tikili, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.