Pakistan Senatına seçkilər keçirilib

3 Mart 2018 22:10 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, seçkilər Pakistanın Bəlucistan, Xayber-Paxtunxva, Pəncab və Sind əyalətlərində, federal qəbilələr ərazisi və İslamabad üzrə keçirilib.

Əlli iki senatorun adı bir sutka ərzində elan edilməlidir. Digər 52 senatorun səlahiyyət müddəti isə 2021-ci ildə başa çatır.

Əyalətlərin hərəsindən Senata 23, qəbilələr ərazisindən 8, İslamabaddan isə 4 senator seçilir.

Ölkə qanunvericiliyinə görə Senata seçkilər üç ildən bir keçirilir.