AzNews.az xəbər verir ki, Türk Silahlı Qüvvələri və onlara dəstək verən Azad Suriya Ordusu Zuytun budağı əməliyyatında vacib bir mərhələ hesab olunan Raco bölgəsində hakimiyyəti ələ alıb. Raco mərkəzi uğrunda əməliyyat tam 8 saat davam edib. Beləliklə Raco, Bülbüldən sonra əldə olunan 2-ci böyük bölgə oldu.
Əsas hədəfi Afrin şəhər mərkəzini PKK terror qruplaşmasından təmizləmək olan Zeytun budağı əməliyyatında önəmli bir mərhələyə keçid oldu.
Evlərin damlarındakı Əsəd və PYD-nin bayraqları endirildi və əvəzinə Azad Suriya Ordusunun bayraqları asıldı.
Hərəkatın başlanğıcından bəri Afrində 2 bölgə mərkəzi, 96 kənd, 6 kənd ətrafı və 21 stratejik dağ və ya təpəlik ərazi və 1-i PKK-a aid baza ələ keçirilib
Qeyd edək ki, Yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.