Kurginyan: Sumqayıtda erməniləri azərbaycanlılar öldürməyib - Video

4 Mart 2018 11:40 (UTC+04:00)

AzNews.az “Vestnik Kavkaz"-a istinadən xəbər verir ki, bu barədə öz müsahibəsində politoloq Sergey Kurginyan deyib.

O bildirib ki, Sumqayıt hadisələrini törədənlərin hamısının adlarını, onların həmin vaxt hansı qurumlarda və indi hansı təşkilatlarda çalışdıqlarını bilir:

“Həmin insanlar erməniləri öldürürdülər və bu işə azərbaycanlıları qoşurdular, sonra azərbaycanlıları öldürürdülər və erməniləri bu işə qoşurdular. Daha sonra isə ermənilərlə azərbaycanlıları toqquşdururdular və nəticədə gərginlik yaranırdı. Biz bütün bunları görürdük, hadisələrin arxasında kimlərin dayandığını bilirdik”.