Şabranda itkin düşən gəncin meyiti tapılıb

4 Mart 2018 12:35 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Xəlfələr kəndində aşkar edilən cəsədin 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olduğu bildirilir.

Həmin şəxs fevral ayının 26-dan itkin düşən şəxs kimi qeydiyyatda olub. İlkin ehtimala görə, E. Əzimov yıxılaraq aldığı xəsarətlər dünyasını dəyişib.