AzNews.az Report-a istinadən xəbər verir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, bina 8b/26, mənzil 38-də yaşayan 1982-ci təvəllüdlü Bəxtiyar Bayram oğlu Xudiyevin işlədiyi şərab dükanı naməlum şəxslərin hücumuna məruz qalıb.
Nəticədə o, gözləmədiyi halda həmin şəxslər tərəfindən möhkəm döyülüb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. TTYX-dan verilən məlumata görə, hazırda Bəxtiyar Xudiyevin vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.