Putin-Qorbaçov “atışması“: “Dili uzanan kimdir?“

9 Mart 2013 11:38 (UTC+04:00)
Putinə ünvanladığım tənqidlərdən sonra o, "Qorbaçovun dili yaman uzanıb" deyib. BBC radiostansiyasına müsahibə verən SSRİ-nin sonuncu prezidenti M. Qorbaçov prezident Vladimir Putini sərt tənqid edib.

Dövlət Dumasının qəbul etdiyi qanunları "vətəndaşların hüquqlarına hücum" kimi dəyərləndirən eks-prezident Vladimir Putini "öz xalqından qorxmamağa" , xalq ilə ünsiyyətə çağırıb, Putinin ətrafındakıları isə "oğru və rüşvətxor" adlandırıb.

Bir ildən çoxdur Putinlə əlaqə saxlamadığını deyən Qorbaçov Rusiyanın insan haqları və söz azadlığı sahəsində böhran yaşadığını vurğulayıb.

"Düşünürəm ki, Vladimir Putin öz üslubunu dəyişməlidir və rejimdə düzəlişlər etməlidir. Vəziyyət dəyişməsə, Rusiya Şimal Buzlu okeanda buz parçası kimi axın istiqamətində üzməyini davam etdirəcək",deyə Qorbaçov bildirib.