Ulduz oyunçudan əla jest

4 Mart 2018 16:42 (UTC+04:00)

AzNews.az Goal.az-a istinadən xəbər verir ki, Salah xərçəng xəstəsi olan azyaşlını ziyarət edəcəyinə söz verib.

"Futbolçunun atası ilə danışdıq. O, vəziyyəti oğluna çatdırdı. Salah zəng etdi və övladımla telefonda söhbət etdi. Məhəmməd Misirdə olmadığından oğluma dedi ki, gələn kimi ona baş çəkəcək. Salahla ünsiyyət oğlumun səhhətinə müsbət təsir edir. Onlar tez-tez əlaqə saxlayırlar" - uşağı atası deyib.