Füzuli sakini 5 kq narkotik maddə satarkən yaxalandı

9 Mart 2013 11:44 (UTC+04:00)


Füzuli rayon sakini xeyli miqdarda narkotik vasitə satarkən tutulub



APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakini Elbrus Hacıyev 5 kq 10 qram marixuananı 5000 dollara satarkən tutulub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az