Cüdoçularımızdan daha 3 medal - Fotolar

4 Mart 2018 19:25 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki,beynəlxalq turnirin son günü millimiz aktivinə daha üç medal yazdırıb.

Oğlanların mübarizəsində İbrahim Ağakişiyev (81 kq), Yaqub İsmayılzadə (90 kq) və Toğrul Salmanov (+90 kq) yalnız final görüşündə uduzaraq gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan cüdoçuları Antalya turnirində 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olub.

Yarışın ilk günündə millimizin üzvləri Vüsalə Kərimova qızıl, Səbinə Əliyeva isə bürünc medala layiq görülüb.