Fevral ayında “Azərenerji” nə qədər enerji istehsal edib?

4 Mart 2018 19:46 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, fevral ayında Azərbaycan Respublikasının davamlı inkişaf konsepsiyasının tərkib hissəsi olan elektrik enerjisi sisteminin etibarlılığının təminatı məsələsi diqqətdə saxlanılıb və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı müvafiq işlər davam etdirilib. Görülən effektiv işlərin nəticəsində “Azərenerji” ASC tərəfindən istehlakçılar tələbatlarına uyğun olaraq dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunublar.

Bu dövr ərzində ölkəmizin enerji sisteminin əlaqəsi olan dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. O cümlədən Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı işlər davam etdirilib. Eyni zamanda, tabeliyində olan müəssisələrdə innovasiyalı texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernləşdirilməsi diqqətdə saxlanılıb və bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün tədbirlər görülüb.