Bakı metrosunda həyəcan

5 Mart 2018 09:58 (UTC+04:00)

"Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayevin AzNews.az-a verdiyi məlumata görə, qatarların hərəkətinin geçikməsinə səbəb, işarəvermə avadanlığında yaranan texniki nasazlıq olub:

“Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında texniki nasazlıq yaranıb. Bu səbəbdən də saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verib. Hazırda nasazlığı aradan qaldırmağa çalışırıq”.

Nəsimi Paşayev yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib.

Bahar RÜSTƏMLİ
AzNews.az