Lavrov Afrika səfərinin məqsədini açıqladı

5 Mart 2018 10:46 (UTC+04:00)

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Lavrov bildirib ki, onun Afrika ölkələrinə edəcəyi səfərin məqsədi iqtisadi, elmi, texniki, humanitar və digər sahələrdə birgə səy göstərmək və yeni əlaqələrin qurulmasıdır. Nazir əlavə edib ki, terrorla mübarizə, böhranların idarə edilməsi, o cümlədən qlobal və regional məsələlərlə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, Lavrov Anqola, Zimbabve, Mozambik, Namibiya və Efiopiyaya səfər edəcək.