Azərbaycanda nə qədər qadın sürücü var?

9 Mart 2013 12:00 (UTC+04:00)




Ötən il ölkə ərazisində 1 milyon 21 min yol hərəkəti qaydalarının pozuntusu aşkar edilib. Bu barədə APA-ya DİN Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Qayda pozan sürücülərin 4345 nəfəri qadındır.

K. Əliyev həmçinin bildirib ki, ölkədə 40 mindən çox qadın sürücü var.

AzNews.az