Putin ABŞ-dakı seçkilərə müdaxilə etmədiyini açıqladı

5 Mart 2018 12:40 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Putin ən çox açıqlama verdiyi amerikalı jurnalist Negin Kelli ilə müsahibəsində, ölkəsinə yönələn ittihamların, əsasən də Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi barədə məlumatların əsassız olduğunu bildirib.

Amerikada haqqında araşdırma aparılan 13 Rusiya vətəndaşı ilə əlaqədar danışan Putin bildirib ki, onlarla bağlı Rusiyaya dəlil təqdim edilməlidir. Rusiya prezidenti əlavə edib ki, əvvəla, ittiham olunanların nə etdiyini bilməlidir.

"Bizə sənəd verin, bizə məlumat verin. İnanıram ki, ABŞ-da yaxşı hüquqşunaslar var", deyə Putin bildirib.