"Danışıqlar seçkilərdən sonra intensiv davam etdiriləcək"

5 Mart 2018 14:07 (UTC+04:00)

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda mərakeşli həmkarı Nasser Bourita ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

E. Məmmədyarov qonağa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlumat verdiyini bildirib: "Tərəflər prezident seçkilərindən sonra daha intensiv şəkildə müzakirələri davam etdirmək qərarına gəlib. Hər iki ölkədə yeni hökumət qurulduqdan sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik".

AzNews.az