İsa Qəmbərin səhhəti ilə bağlı xəbər var

5 Mart 2018 14:24 (UTC+04:00)

Bu barədə Modern.az-a Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

Gülağa Aslanlı İsa Qəmbərin ölkəyə nə vaxt qayıdacağı barədə də məlumat verib.

“İsa bəyin Türkiyədə bir neçə görüşləri də gözlənilir. Ona görə də bu həftə ərzində ölkəyə qayıdacağı gözlənilmir. Güman ki, həftə sonu, ya da gələn həftə üçün vətəndə olacaq”.

Qeyd edək ki, fevralın 28-də Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müayinə olunmaq üçün Türkiyəyə gedib.

Yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stendlər qoyulub.

Fevralın 23-də isə o yenidən Mərkəzi Klinikaya yerləşdirilib. Daha sonra evə buraxılıb.

AzNews.az