Azərbaycanda 31 avtoritet tutulub

5 Mart 2018 14:36 (UTC+04:00)

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1028 cinayətkar qrup zərərsizləşdirilib, kriminal aləmdə tanınan 31 şəxs cinayət məsuliyyətinə cəlb olunub, polis əməkdaşlarına silahlı müqavimət göstərən 2 nəfər məhv edilib.

AzNews.az