AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "Fiorentina"nın 31 yaşlı kapitanı David Astori, komandasının "Udineze" ilə qarşılaşacağı oyun ərəfəsində qaldığı oteldə ölü halda tapılıb.
"Levante" - "Espanyol" qarşılaşmasında iştirak edən Karlos Sançez, keçmiş komanda yoldaşının ölüm xəbərini alandan dərhal sonra yerə yıxılıb. Həkimlər futbolçunun köməyinə yetişsələr də o, uzun müddət aldığı xəbərin şokundan qurtara bilməyib.